Şimali İrlandiyada yaşlı tələbələrin zorakılığından əziyyət çəkən gənc 50 min funt-sterlinqdən çox pul alıb.
Hit.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Belfast Metodist Kollecinin keçmiş şagirdi olan 19 yaşlı Qabriel Makkonkey altıncı sinifdə oxuyarkən digər tələbələr tərəfindən zorakılığa məruz qalıb. 2022-ci ildə o, reqbi komandası ilə birlikdə Məktəblər Kubokuna hazırlıq məqsədilə təlim-məşq toplanışı üçün Portuqaliyaya gedib. Tənəffüs zamanı orta məktəb şagirdləri onu və digər qurbanları lüt soyunmağa və sahil boyu qaçmağa məcbur ediblər. Onlar bütün bunları videoya çəkib, qurbanlarını şantaj etmək üçün istifadə ediblər. Onlar həmçinin Qabrielə başını qırxdırmağı əmr ediblər.
Uşağın anası Sian Mavinney, oğlunun evə "tamamilə fərqli bir uşaq" olaraq qayıtdığını və "tamamilə qırıldığını" söyləyib. Gənc daha sonra reqbi komandasını tərk edib.
“Heç bir ana məktəb səfərində belə hadisələrin olacağını gözləmir. Onlar övladlarına baxılacağını və onlara nəzarət ediləcəyini gözləyirlər", deyə qadın bildirib.
Nəhayət, məktəb səhlənkarlığa və nəzarətsizliyə görə məsuliyyəti qəbul edib və ailə mülki iddia qaldırıb ki, Qabriel yekunda təzminat alıb.
Sian nəticədən məmnun olduğunu və oğlunun davam etmək üçün güc tapacağına ümid etdiyini söyləyib. O, zorakılığa məruz qalan digər oğlanlara kömək edə bilmədiyi üçün ən çox üzüldüyünü deyib.
Samir