Orban: "Aİ ukraynalılara zəng edib deməlidir ki..."

DÜNYA
18:34 / 24.01.2025
58

"Avropa İttifaqı Macarıstan və Slovakiyaya enerji nəqlini əngəlləyən Ukraynaya qarşı üzv dövlətlərinin maraqlarını müdafiə etməyə borcludur, əksinə deyil".

Hit.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban “Radio Kossuth”un efirində bildirib.

O vurğulayıb ki, Macarıstan artıq Aİ sanksiyaları səbəbindən 18 milyard avrodan çox itirib, ona görə də indi Budapeşt Aİ-ni onların daha da uzadılmasının məqsədəuyğunluğunu nəzərdən keçirməyə çağırır.

Orban vurğulayıb ki, Ukrayna Rusiya qazının tranzitini geri qaytarmalı, “Türk axını”na hücumları dayandırmalı və Rusiya Federasiyasından neftin öz ərazisindən tranzitini təhdid etməyi dayandırmalıdır.

“Bizə Brüsselin zəng edib deməsi lazımdır ki, “hörmətli ukraynalı yoldaşlar, siz yaxşı iş görmüsünüz, bəsdir, bunu edə bilməzsiniz”... Slovakiya və Macarıstan Avropa İttifaqının üzvləridir və Brüssel də onları təmsil etməlidir. Onlar Ukraynaya deməlidir ki, yoldaşlar, siz Avropa ölkələrini aldada bilməzsiniz", deyə Orban əlavə edib.

Macarıstanın baş naziri hesab edir ki, bu məsələ sadəcə bir telefon danışığından ibarətdir:

"Mən Brüsseldəki dostlarımı inandırmağa çalışıram ki, bizə kömək etsinlər və Macarıstan qarşısında Ukraynanın maraqlarını deyil, Ukrayna qarşısında Mərkəzi Avropa ölkələrinin maraqlarını təmsil etsinlər".

Orban həmçinin bildirib ki, Macarıstan Aİ-nin Rusiyaya qarşı sanksiyaları səbəbindən 18 milyard avrodan çox itirib.

Samir

0