ABŞ nüvə müharibəsi zamanı varlılar üçün hovuzu olan bunker tikəcək

DÜNYA
22:19 / 24.01.2025
52

ABŞ-ın Virciniya ştatında nüvə müharibəsi baş verəcəyi təqdirdə dəbdəbəli bunker tikiləcək.

Hit.az xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Mail” qəzeti Amerikanın SAFE şirkətinə istinadən yazır.

Nəşrin məlumatına görə, ABŞ-da dünyanın ən zəngin 625 adamının yerləşəcəyi 300 milyon dollarlıq “Qiyamət günü” bunkeri tikiləcək. Bunker restoranlar və hovuzlar, boulinq meydançası və qayayadırmanma divarı ilə təchiz olunacaq. 

Bundan əlavə, layihəyə əsasən, süni intellektdən istifadə etməklə bunkerin sağlamlıq vəziyyətini yoxlamaq mümkün olacaq.

İlkin məlumatlara görə, bunker 2026-cı ildə, nisbətən ABŞ paytaxtına yaxın ərazidə tikiləcək. Quruluşa Aerie (Qartal Yuvası) adı verilib. Hər bir müştəridən 20 milyon dollar tələb olunacaq.

SAFE bunker üçün yer seçilməsinin səbəblərini açıqlamayıb, lakin qeyd edib ki, bu qərar heç bir halda dünyadakı gərgin vəziyyətlə əlaqəli deyil. Nəşr “Qartal yuvası”na bənzər başqa sığınacaqların da olduğuna da aydınlıq gətirir. Bəzi dünya ulduzları nüvə hücumu zamanı öz bunkerlərini tikdiklərini etiraf ediblər.

Samir

0