Sergey Şoyqu: "Nüvə gücləri arasında toqquşma riski artır"

DÜNYA
21:39 / 24.01.2025
55

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu TASS agentliyinə müsahibəsində bildirib ki, beynəlxalq arenada böyük dövlətlər arasında geosiyasi rəqabət güclənir, hərbi münaqişə, o cümlədən nüvə dövlətləri arasında risklər artır.

Hit.az-ın məlumatına görə, Şoyqu qeyd edib ki, Qərb ölkələri Rusiya və Belarusa qarşı “ideoloji və dəyərə əsaslanan təcavüzə” əl atıb, nəinki iqtisadi sanksiyalar, həm də bu ölkələrdə daxili vəziyyəti sabitsizləşdirmək istəyirlər. 

O, sosial əsasları sarsıtmaq, yad ideologiyanın tətbiqi cəhdlərinin davam etdiyini vurğulayıb.

Rusiya Təhlükəsizlik Şurasının katibi həmçinin qeyd edib ki, Qərbin davranışı təkcə Rusiya və Belarusa deyil, bütövlükdə beynəlxalq vəziyyətə də mənfi təsir göstərir. Onun sözlərinə görə, siyasi alətə çevrilən ÜTT, ÜST, KSYB kimi beynəlxalq strukturların devalvasiyası var.

Samir

0