Belarus Aİ-ni prezident seçkilərinə müdaxilədə ittiham edir

DÜNYA
20:37 / 24.01.2025
56

Avropa strukturları ölkədə keçirilən prezident seçkiləri zamanı Belarusun daxili işlərinə qarışır, seçki prosesinin nəticələrinin tanınmaması barədə qərarlar qəbul edir.

Hit.az xəbər verir ki, bunu Belarus prezidentinin administrasiyasının rəhbəri Dmitri Krutoy deyib.

“Seçkilərin tanınmaması ilə bağlı müvafiq qərarların mətnləri artıq dərc olunub. Bu, təbii ki, bizim daxili məsələlərə birbaşa müdaxilədir”, deyə o vurğulayıb.

Krutoy müvafiq addımları Belarusdakı seçicilərə kənardan təzyiq adlandırıb.

Bundan əvvəl Respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko bəyan etmişdi ki, Belarusun seçki komissiyalarının üzvləri şəxsi məlumatlarının dərcindən sonra təhdidlərə məruz qalırlar.

Belarusda erkən səsvermə yanvarın 21-də keçirilib, əsas seçki günü isə yanvarın 26-na təyin edilib. Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenko da daxil olmaqla beş namizədi qeydə alıb.

Samir

0