Avro-komissar: Aİ-nin bu il Kiyevə kömək etmək üçün pulu var

DÜNYA
20:58 / 24.01.2025
54

Avropa İttifaqının 2025-ci ilə qədər Ukraynaya maliyyə yardımı göstərmək üçün kifayət qədər pulu var.

Valyuta.az xəbər verir ki, bunu iqtisadi məsələlər və məhsuldarlıq üzrə Avropa komissarı Valdis Dombrovskis deyib.

O qeyd edib ki, bu halda o, 2025-ci ildən danışır, gələn il Ukraynaya kömək üçün pulun olub-olması hələ qiymətləndirilməyib.

Dombrovskis vurğulayıb ki, AK bu il Ukraynaya transfer üçün vəsaitin birdən-birə əlçatmaz olacağını gözləmir.

Avropa komissarı bunu ABŞ prezidenti Donald Trampın administrasiyasının Co Bayden dövründə olduğu kimi Kiyevə çox güman yardım göstərməyəcəyi ilə bağlı son bəyanatları fonunda bildirib.

Ötən həftə "Bloomberg" Avropa Yenidənqurma və İnkişaf Bankının Ukrayna və Moldova ofisinin direktoru Arvid Türknerə istinadən yazıb ki, AYİB 2025-ci ildə Ukrayna iqtisadiyyatına 1,5 milyard avro sərmayə qoymağı planlaşdırır. Samir

0