"Politico": ABŞ-ın Aİ rəhbərliyinə məhəl qoymaması Brüssel üçün "soyuq duş"dur

DÜNYA
17:43 / 27.01.2025
100

Ağ Evin Avropa İttifaqına məhəl qoymaması Avropa rəsmiləri üçün “soyuq duş”a çevrilib.

HİT.az bu barədə "Politico"ya istinadən xəbər verir.

Nəşrin yazdığına görə, ABŞ prezidenti Donald Trampın Avropa dövlətlərinin başçıları ilə birbaşa danışıqlar aparmaq istəyi Brüssel üçün “soyuq duş” effekti verib.

Nəşrin müəlliflərinin qeyd etdiyi kimi, Trampın andiçmə mərasiminə bir dənə də olsun yüksək səviyyəli Avropa rəsmisi və ya Aİ orqanlarının rəhbəri dəvət olunmayıb. 

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas da ABŞ dövlət katibi Marko Rubionu Aİ xarici işlər nazirlərinin görüşünə dəvət etsə də, dəvətin olduğu məktub cavabsız qalıb.

Bundan əvvəl "Politico Europe" yazıb ki, Böyük Britaniya və Aİ ABŞ prezidenti Donald Trampın Avropa mallarına rüsum tətbiq etmək planları ilə bağlı bəyanatları ilə bağlı hadisələrin inkişafı üçün ssenarilər hazırlayır.

Samir

0