ABŞ-ın müttəfiqləri prezident Donald Trampın fələstinlilərin Qəzza zolağından köçürülməsi təklifini rədd edib və pisləyib, planı “etnik təmizləmə” adlandırıb.
HİT.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Tramp bildirib ki, o, qonşu ölkələrdə, xüsusilə Misir və İordaniyada evlərini itirmiş Qəzza sakinlərinin məskunlaşdırılmasını mümkün hesab edir. O qeyd edib ki, bu barədə artıq İordaniya Kralı II Abdullahla danışıb.
Hüquqşünaslar və fəallar Trampın ideyasını təhlükəli, qeyri-qanuni və mümkünsüz adlandırıblar. “The Guardian” yazır ki, Qəzza zolağının əhalisi müharibədən əvvəl (2023-cü ilin oktyabrına qədər) 2,3 milyon nəfər olub.
Bu ərəfədə İordaniyanın xarici işlər naziri Ayman Safadi ölkəsinin fələstinlilərin hər hansı köçkünə qarşı çıxmasının “qəti və sarsılmaz” olduğunu bildirib.
Qəzet onu da qeyd edir ki, Qəzzada 15 aydan çox davam edən döyüşlərə dözən insanların hazırkı atəşkəs təmin ediləcəyi təqdirdə anklavı birdəfəlik tərk etmək istəyəcəklərinə dair heç bir əlamət yoxdur. Jurnalistlər insanların məcburi köçkünlüyünün müharibə cinayəti olacağını vurğulayırlar.
Samir