Rusiyadan qaz nəqlinin dayandırılması ilə əlaqədar Avropa İttifaqı ölkələrində xərclər artır.
HİT.az xəbər verir ki, bunu İtaliyanın "L'AntiDiplomatico" qəzeti yazıb.
Məqalədə deyilir ki, Ukraynanın Rusiya ilə qazın Avropaya tranziti ilə bağlı müqaviləni uzatmamaq qərarı qitədə yeni enerji böhranına səbəb olub və onu ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) almağa məcbur edib.
"Nəticə? ABŞ enerji şirkətləri rekord qazanc əldə edərkən, avropalı istehlakçılar üçün artan xərclər", deyə qəzet yazıb.
ICIS-in məlumatına görə, məqalədə qeyd olunur ki, ABŞ-ın LNG ilə yüklənmiş ən azı yeddi gəmisi, ilkin olaraq Asiya, Afrika və Latın Amerikasına üz tutur, rekord qaz qiymətlərindən yararlanmaq üçün Avropaya istiqamətini dəyişib.
"L'AntiDiplomatico" əlavə edib ki, Ukraynadakı münaqişə və anti-Rusiya sanksiyaları səbəbindən Rusiya qazından imtina Avropanı daha bahalı xarici təchizatçılardan asılı vəziyyətə salıb.
Yanvarın 27-də "Reuters" xəbər verib ki, Avropa Komissiyası Ukrayna ilə ölkənin qaz kəmərləri sistemi vasitəsilə Avropaya tədarüklə bağlı danışıqları davam etdirməyə hazırdır.
Samir