NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib ki, Çin zərərli proqramların yerləşdirilməsi üçün davam edən kampaniyalar aparır.
HİT.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
Onun sözlərinə görə, icra xüsusilə mühüm infrastruktur və sənaye nəzarət sistemlərində həyata keçirilir.
Appaturay həmçinin bildirib ki, son illərdə alyansa qarşı təxribat aktları arasında Almaniyanın silah istehsalçısı "Rheinmetall"ın rəhbəri kimi müdafiə sənayesi liderlərinə sui-qəsd planları da var. O, həmçinin bildirib ki, təxribat hadisələri arasında “qatarın relsdən çıxarılması, yandırma, siyasətçilərin əmlakına hücumlar, təhdidlər” daxildir.
Keçən iyulda CNN məlumat vermişdi ki, Amerika və Almaniya kəşfiyyat agentlikləri "Rheinmetall" şirkətinin baş direktoru Armin Pappergerə qarşı sui-qəsdin qarşısını alıblar. Rusiya xüsusi xidmət orqanları sui-qəsd cəhdini hazırlamaqda ittiham olunub. Bildirilib ki, Moskva Ukraynanı silahla təmin edən hərbi sənaye kompleksi şirkətlərinin rəhbərlərinə qarşı silsilə hücumlar planlaşdırır.
Samir