Almaniya kansleri Olaf Şolts Berlində Danimarkanın baş naziri Mette Frederiksen ilə birgə mətbuat konfransında çıxış edərək bildirib ki, Avropa müdafiə xərclərini artırmalı və NATO-nun Avropa sütununu gücləndirməlidir.
HİT.az bu barədə TASS-a istinadən xəbər verir.
"Biz NATO-nun Avropa sütununu gücləndirməliyik və müdafiə xərclərini daha da artırmalıyıq", deyə kansler bildirib.
Şolts əlavə edib ki, Avropa İttifaqının fevralın 3-də keçiriləcək sammitində liderlər daha güclü Avropa müdafiə sənayesinin yaradılmasını müzakirə etməlidirlər:
"Bizə Aİ-də hərbi texnikanın birgə inkişafı və alınmasını asanlaşdıracaq qaydalar lazımdır".
O, həmçinin Baltik dənizində sualtı kabellərin, o cümlədən İsveç və Latviya arasındakı kabelin zədələnməsinə münasibət bildirib. Şoltsun fikrincə, bu, Rusiyanın kölgə donanmasının yaratdığı təhlükəni nümayiş etdirir:
"Şimali Atlantika Alyansının Baltikyanı keşikçi missiyası sayəsində biz Baltik dənizinin və dənizin dibindəki kritik infrastrukturun mühafizəsini yaxşılaşdıracağıq".
Samir