Avropa hökumət rəsmiləri Ukraynadakı müharibənin potensial nizamlanmasının bir hissəsi kimi Rusiya boru kəməri qazının Avropa İttifaqına satışını bərpa edib-etməməyi müzakirə edirlər. Onların fikrincə, bu addım enerjinin qiymətini aşağı salacaq.
HİT.az "Financial Times"a istinadən xəbər verir ki, Rusiya qazının alınması tərəfdarlarının fikrincə, Avropada qazın qiymətinin aşağı düşməsi Moskvanı danışıqlar masasına oturmağa sövq edəcək və tərəflərə atəşkəsin yaradılması və saxlanması üçün əsas verəcək. Lakin hətta bu ideyanın ilkin müzakirəsi artıq Ukraynanın Aİ-dəki ən yaxın müttəfiqlərinin müvafiq reaksiyasına səbəb olub.
Mənbələrin bildirdiyinə görə, bu ideya Almaniya və Macarıstanın bəzi rəsmiləri tərəfindən dəstəklənib və digər paytaxtların dəstəyi ilə bunu Avropada enerji xərclərini azaltmaq üçün bir yol kimi görürlər.
Avropaya ixracın bərpası Moskvanın gəlirlərini xeyli artıracaq. Müharibədən əvvəl Rusiyadan boru kəməri tədarükü Aİ-yə ümumi tədarükün təxminən 40%-ni təşkil edirdi və Almaniya ən böyük idxalçı idi.
Rusiyadan boru kəmərləri ilə qaz tədarükünün bərpası Brüssel rəsmilərini və bəzi Şərqi Avropa ölkələrinin diplomatlarını qəzəbləndirib, onların çoxu son üç ildə Rusiya enerjisinin idxalını azaltmağa çalışır.
Bir məmur "Bu dəlilikdir. Bunu bir seçim kimi düşünmək üçün nə qədər axmaq olmalıyıq?", deyib.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib: "Müharibənin qaynar mərhələsinə son qoymaq çox vacibdir. Diplomatik həllər daha yaxşıdır - daha az qurban, daha az itki".
Qaz satışı ilə bağlı yenidən müzakirələr Avropa şirkətləri ilə uzunmüddətli qaz tədarükü müqavilələri axtaran bəzi Amerika LNG ixracatçılarını narahat edib. İki məmurun sözlərinə görə, onlar Ukrayna ərazisindən tranzitin hər hansı bərpasının onların məhsullarını rəqabətsiz hala gətirə biləcəyindən ehtiyat edirlər.
Aİ-nin məqsədi 2027-ci ilə qədər Rusiyanın qalıq yanacaqlarından xilas olmaqdır. Lakin Aİ-nin ağır sənayesinin çətin vəziyyəti ona gətirib çıxarıb ki, Avropa ölkələri daha ucuz enerji mənbələri axtarmalı olurlar. Avropada qazın qiyməti adətən ABŞ-dan üç-dörd dəfə bahadır.
2024-cü ildə Rusiyadan boru kəməri qazının payı ümumi tədarükün təxminən 10%-ni təşkil edirdi, lakin yanvarda Rusiya qazının Ukrayna vasitəsilə Aİ-yə tranzitinə dair müqavilənin müddəti başa çatdıqdan sonra bu, iki dəfə azalıb.
Rusiya mavi yanacağının bloka daxil olduğu qalan boru Türkiyədən keçən "Türk axını" qaz kəməridir və bu kəmər vasitəsilə Macarıstan təxminən 7,5 milyard kubmetr qaz alır. Budapeşt, eləcə də Rusiyayönlü Slovakiya hökuməti Ukraynaya qaz tranzitinin bərpası üçün təzyiq tələb edir.
Samir