Şolts Bundestaqın miqrasiya planını qəbul etmək qərarını tənqid etdi

DÜNYA
16:39 / 30.01.2025
66

Almaniya kansleri Olaf Şolts Bundestaqda miqrasiya siyasətini sərtləşdirməyə dair qətnamənin qəbulunu ölkə üçün “pis əlamət” adlandırıb. 

HİT.az xəbər verir ki, müvafiq bəyanat siyasətçinin X sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

"Bu, həm parlament, həm də ölkəmiz üçün pis əlamətdir", deyə kansler yazıb.

Şolts əlavə edib ki, nə baş verdiyini anlamaq üçün ona vaxt lazımdır.

Yanvarın 26-da Xristian Demokrat və Xristian Sosial İttifaqı (CDU/CSU) fraksiyası miqrasiya siyasəti ilə bağlı təklifləri əks etdirən qətnaməni Bundestaqda səsverməyə çıxarmaq niyyətində olduğunu bildirib.

Qətnaməyə əsasən, Almaniya “yeni zorakılıq səviyyəsi” ilə üzləşib. Aşkaffenburqda bir əfqanın yoldan keçənlərə hücum etməsi və iki nəfərin yaralanması mübahisəyə səbəb kimi göstərilir.

Şolts bildirib ki, sığınacaq hüququ Almaniya hüquq sisteminin ayrılmaz hissəsidir və şübhə altına alına bilməz.

Samir

0