"Rumıniya prezidentliyinə namizəd Kalin Qeorqeskunun Ukraynanın "uydurma dövlətdir" və münaqişə bitdikdən sonra mövcudluğunu dayandıracağı sözləri respublikaya hədsiz hörmətsizliyin təzahürü və Rusiyayönlü rəvayətdir".
HİT.az xəbər verir ki, bu bəyanatla Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tıxyi çıxış edib.
O, Kalin Qeorqeskunun açıqlamalarını qəbuledilməz adlandırıb. Ukrayna Xarici İşlər Nazirliyi həmçinin Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd edən, beynəlxalq normalara, BMT Nizamnaməsinə və fundamental demokratik dəyərlərə zidd olan revizionist bəyanatları və ya hərəkətləri pisləyib.
"Belə bəyanatlar fonunda Kalin Qeorqeskunun özünü “müstəqil” siyasətçi kimi qələmə vermək cəhdləri absurd görünür: onun səsləndirdiyi tezislər Rusiya təbliğatının tezisləri ilə tamamilə eynidir ki, bu da onun Moskvadakı ustadlarından tam asılılığından xəbər verir", deyə bildirilib.
Bundan əvvəl Rumıniya prezidentliyinə müstəqil namizəd Kalin Qeorqesku jurnalistlə müzakirə zamanı Ukraynanın bölünməsinin qaçılmaz olduğunu bəyan edib və respublikanı "uydyurma dövlət" adlandırıb.
Samir