Avropa İttifaqında gələcək Ukrayna nizamlanmasının mümkün hissəsi kimi Rusiyadan Avropaya boru kəməri qazının tədarükünün bərpası ilə bağlı müzakirələr Brüssel rəsmilərini hiddətləndirib.
HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.
“Rusiya qazının boru kəməri satışının bərpası ilə bağlı söhbətlər Brüsseldəki rəsmiləri və bəzi Şərqi Avropa ölkələrinin diplomatlarını hiddətləndirib, onların çoxu son üç il ərzində blokun Rusiya enerjisinin idxalını azaltmaq üçün çalışıb", deyə qəzet qeyd edib.
FT hesab edir ki, Rusiya qazının Avropaya ixracının bərpası Moskvanın gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq.
Bundan əvvəl həmin qəzet xəbər vermişdi ki, bir sıra Avropa İttifaqı ölkələri Ukrayna münaqişəsinin nizamlanmasına dair gələcək sazişin mətninə Rusiyadan Avropaya boru kəməri ilə qaz nəqlinin bərpasını da təklif ediblər.
Samir