Litva Silahlı Qüvvələrinin komandanı Raymundas Vaikşnoras ölkənin Avropada sabitliyə görə məsuliyyəti öz üzərinə götürməyə və Ukrayna ərazisinə qoşun yeritməyə hazır olduğunu bəyan edib.
HİT.az xəbər verir ki, bu barədə LRT məlumat yayıb.
"Əgər siz Litvanın Ukraynaya qoşun göndərə biləcəyini soruşsanız, bəli, yəqin ki, bunu nəzərdən keçirərdik. Müzakirə olacaq və hesab edirəm ki, biz də Avropada sabitlik üçün məsuliyyəti öz üzərimizə götürməliyik" deyə komandan bildirib.
Yanvarın 23-də Almaniyanın xarici işlər naziri Annalena Berbok bəyan edib ki, münaqişə bitdikdən sonra Bundesverin Ukraynada sülhməramlı missiyada iştirakının mümkünlüyünü müzakirə etmək məqsədəuyğundur.
Yanvarın 15-də “Financial Times” yazıb ki, Avropa ölkələri Ukraynaya sülhməramlılar göndərə bilmirlər, çünki onlar münaqişədə fəal iştirak edir, maliyyə dəstəyi verirlər. Məqalə müəllifi vurğulayır ki, Avropa qoşunlarının yerləşdirilməsi ideyasının özü son dərəcə problemlidir.
Samir