Finlandiya körfəzi yeni ad ala bilər - Sankt-Peterburq.
HİT.az xəbər verir ki, bu təşəbbüs ABŞ prezidenti Donald Trampın Meksika körfəzinin adının Amerika Körfəzi adlandırılmasının mümkünlüyü barədə bəyanatlarından sonra Rusiya Hərbi Tarixi Cəmiyyətinin (RMHS) elmi direktoru Mixail Myaqkov tərəfindən irəli sürülüb.
Myaqkov qeyd edib ki, Finlandiya və İsveçin "yüksək rusofobiyası" körfəzin adının dəyişdirilməsini zəruri edir, onun fikrincə, bu, "tarixən ədalətli və müasir siyasi şəraitə uyğun" olar.
"Bu körfəzin ərazisində yerləşən ən böyük şəhər Sankt-Peterburqdur. Həm I Pyotr, həm də biz qədim zamanlardan Finlandiya körfəzini inkişaf etdiririk. Mənə elə gəlir ki, bu körfəzin məntiqi adı Sankt-Peterburq və ya Sankt-Peterburq buxtası olardı", deyə professor qeyd edib.
Ötən həftə Vaşinqton rəsmi olaraq Meksika körfəzinin adını Amerika Körfəzi adlandırıb. Bu qərar, ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, körfəzin ölkə üçün mərkəzi əhəmiyyətini təsdiqləyir. Onlar əlavə ediblər ki, Körfəz millətin inkişafının təməl daşıdır.
Samir