"ABŞ administrasiyası Amerika qoşunlarının Suriyadan çıxarılmasının mümkünlüyü ilə bağlı qərar verəcək, çünki Vaşinqtonun bu ölkənin problemləri ilə məşğul olmağa ehtiyacı yoxdur".
HİT.az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Donald Tramp bildirib.
“Biz Suriyadakı vəziyyətə qarışmırıq. Bu, onların işidir", deyə Tramp qeyd edib.
Tramp vurğulayıb ki, Suriyanın kifayət qədər problemləri var və Dəməşqin ABŞ-ın onun daxili işlərinə qarışmasına ehtiyacı yoxdur.
Bir gün əvvəl Əhməd əl-Şaraa Suriyanın keçid prezidenti kimi vətəndaşlara ilk müraciətində ölkənin bütün ərazilərini nəzarətə götürəcəyini vəd edib.
Yanvarın 23-də əl-Şara bəyan edib ki, Suriyanın yeni hakimiyyət orqanları indi İsraillə döyüşmək niyyətində deyil, lakin onların ərazisində Təl-Əviv qoşunlarının olmasını qəbuledilməz hesab edir.
Dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri Dəməşqi ələ keçirərək noyabrın 27-də başlayan sürətli hücuma son qoyublar. Hücumda ABŞ və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu iştirak edib. Rusiya və İran Bəşər Əsədin hökumət qüvvələrini dəstəkləyib. Dekabrın 8-də Suriya ordusu komandanlığı Əsədin hakimiyyətinin bitdiyini elan edib.
Samir