Ağ Ev Ukrayna müharibəsinin sonunu necə görür? - Kallas açıqladı

DÜNYA
18:33 / 31.01.2025
44

"Amerika Birləşmiş Ştatları Avropa İttifaqı kimi, Ukraynada müvəqqəti barışıq deyil, davamlı sülhə nail olmaq istəyir".

HİT.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas DW-yə açıqlamasında dövlət katibi 

O, ABŞ dövlət katibi Marko Rubio ilə ilk söhbətini şərh edib. Onun sözlərinə görə, Vaşinqton və Brüssel müharibəni sona çatdırmaq üçün Moskvaya təzyiq göstərməyin zəruriliyinə əmindirlər:

"Rusiya bu müharibəyə başladı. Və Rusiya dinc əhalini və mülki infrastrukturu bombalamağı dayandırmaqla və qoşunlarını Ukraynadan çıxarmaqla bu müharibəni bitirə bilər. Ona görə də biz onlara təzyiq etməliyik. Prezident Tramp Putinə qarşı çox sərt bəyanatlar verib. Ona görə də mən hesab edirəm ki, vəziyyətə oxşar baxışımız var".

Kallas xatırladıb ki, Moskva ÜDM-in 9%-ni hərbi sənayeyə yatırır, ona görə də Qərb düzgün siqnallar göndərmək üçün güclü olmalıdır.

Bu həftə media xəbər verib ki, ilk söhbətləri zamanı Kallas və Rubio Ukraynadakı müharibəni dayandırmaq üçün Moskvaya maksimum təzyiq göstərməyə razılaşıblar.

Bundan əvvəl Trampın komandası bu münaqişənin 100 gün ərzində həllini tapmaq istədiklərini açıqlamışdı. Amerikanın yeni prezidenti artıq sülh əldə oluna bilməyəcəyi təqdirdə Kremli yeni sanksiyalarla hədələyib.

Samir
 

0