Tramp: Ukrayna ilə bağlı danışıqlar yaxşı gedir

DÜNYA
10:30 / 03.02.2025
47

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun administrasiyası Ukraynadakı müharibə ilə bağlı həm Moskva, həm də Kiyevlə danışıqlar aparır.

HİT.az xəbər verir ki, CNN-in məlumatına görə, Tramp administrasiyasının Ukrayna, Rusiya və müxtəlif tərəflərlə görüşləri və danışıqları planlaşdırdığını deyib.

"Biz Ukrayna və Rusiya ilə məşğul oluruq, müxtəlif tərəflərlə, o cümlədən Ukrayna və Rusiya ilə planlaşdırılan görüşlərimiz və danışıqlarımız var. Düşünürəm ki, bu müzakirələr əslində olduqca yaxşı gedir", deyə Tramp qeyd edib.

Bundan əvvəl Donald Tramp Ukraynada müharibənin dayandırılması ilə bağlı Rusiya ilə çox ciddi müzakirələr apardığını bildirmişdi. Bu bəyanatı şərh edən Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Kiyevin danışıqlardan kənarlaşdırılması çox təhlükəli olacaq. O, həmçinin Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara təkcə ABŞ, ukraynalılar və rusların deyil, həm də Avropa İttifaqının nümayəndələrinin daxil edilməsinə inandığını bildirib.

Həmçinin ABŞ-ın Ukraynadakı səfiri Keyt Kelloq daha əvvəl bəyan etmişdi ki, Ukraynada təxirə salınmış prezident və parlament seçkiləri ilin sonuna qədər keçirilməlidir. Lakin Ukrayna prezidentinin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin bu planı uğursuz adlandırıb.

Samir

0