Xameneyini kim əvəz edə bilər? - Ekspert AÇIQLADI

DÜNYA
13:33 / 03.02.2025
64

"İranda ali dini lider Əli Xameneyidən sonra molla rejiminin çökməsi gözlənilmir". 

Bu sözləri siyasi şərhçi Məhsa Mehdili Hit.az-a açıqlamasında deyib.

O, fikrini belə əsaslandırıb:

"Ötən ilin noyabr ayında Əli Xameneyi görüşlərinin birində Ekspertlər Şurasının yeni dini lideri seçmək üçün hazırlıqlara başlamalı olduqlarını dedi. İsfahanın cümə imamı isə ötən ilin noyabr ayında yeni ali dini lider üçün 3 nəfərin namizədliyi üzərində işlədiklərini açıqladı. Yəni artıq molla rejimi Əli Xameneyinin ölümünə hazırdır". 

367068

Ekspert qeyd edib ki, İranda ali dini lideri molla rejimi özü seçir:

"Düşünürəm ki, molla rejimi Əli Xameneyidən sonrakı keçid prosesinə artıq hazırdır. Hətta bəlkə Xameneyinin öldüyü gün belə yeni ali dini lider seçilə bilər. Üstəlik, ali dini lideri xalqın yox, bəlli bir qrupun öz arasında seçdiyini də nəzərə almaq lazımdır. Yəni sistem belə qurulub".

Məhsa Mehdilinin sözlərinə görə, Xameneyidən sonra oğlu yerinə keçə bilər:

"Bəlkə də Əli Xameneyi gedər, oğlu gələr. Məncə, zamanı gələndə Müctəba Xameneyi yeni ali dini lider seçiləcək. Hazırda alternativ kimi daha çox onun üzərində dayanırlar. Üstəlik, bu keçidin çox yumşaq olacağı proqnozlaşdırılır. 

Yəni Xameneyinin ölümünün belə molla rejiminə çox təsir edəcəyini düşünmürəm. Çünki sistem buna hazırdır. Daha çox Xameneyinin oğlu üzərində dayanılır. Ona görə də Xameneyi sonrası İrandakı molla rejiminin çökəcəyini zənn etmirəm. Lakin təbii ki, bir gün oradakı molla rejimi mütləq çökəcək". 

Pərviz

0