Çin hakimiyyəti ilk prezidentlik dövründə Donald Trampın administrasiyası ilə Ağ Evlə bağlanmış ticarət müqavilələri üzrə ABŞ ilə dialoqa başlamağı planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə Amerikanın "Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən yazır.
Qeyd olunur ki, birinci mərhələ sazişləri Çinin ABŞ-dan idxalının 200 milyard dollar artırılmasını əhatə edir. Həmçinin ABŞ iqtisadiyyatına, xüsusən də elektromobillər üçün akkumulyatorların istehsalına investisiyaların artırılmasını nəzərdə tutulur.
Fevralın 2-də Donald Tramp Meksika, Kanada və Çindən gələn mallara rüsumların tətbiq edilməsi haqqında sərəncam imzalayıb. İki ölkə üçün onların ölçüsü 25%, Çin üçün isə 10% olacaq. Fevralın 3-də Kanada və Meksika ABŞ-a qarşı cavab tədbirləri tətbiq ediblər.
Samir