Tayvanın baş naziri Lai Qingde Pekini qarşıdurma əvəzinə dialoqa çağırıb. O, əmindir ki, tərəflər beynəlxalq arenada çoxsaylı dəyişikliklər kontekstində yüksək keyfiyyətli dialoqu davam etdirməlidir.
HİT.az xəbər verir ki, Tayvan liderinin fikrincə, buna yalnız suveren bərabərlik prinsipinə əməl olunarsa, nail olmaq olar.
"Buna görə də, biz, xüsusən də beynəlxalq münasibətlərdə bu qədər çox dəyişikliyə baxmayaraq, sülhə nail olmaq üçün Tayvan boğazı boyunca yüksək keyfiyyətli dialoq və mübadilələri davam etdirməliyik", deyə o, Taypeydə Tayvanın biznes ictimaiyyəti qarşısında çıxışında bildirib.
Lai Qingde materik Çinlə münasibətlərdən danışaraq, Tayvanın ada müstəqilliyi siyasətinə sadiq qaldığını xatırladıb.
O vurğulayıb ki, Taypey Pekinlə ilkin şərt olmadan bərabərlik əsasında danışıqları alqışlayır. Və qeyd edib ki, adanın gələcəyini onun əhalisi müəyyən etməlidir.
Samir