BMT: Taliban Əfqanıstanda BMT iqamətgahında atışmada iştirak edib

DÜNYA
14:24 / 03.02.2025
49

Kabildə BMT-nin Əfqanıstana Yardım Missiyası kompleksində baş verən atışmada Taliban hərəkatının üzvləri iştirak edib. 

HİT.az xəbər verir ki, bu barədə bazar ertəsi "Reuters" agentliyi Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyasının (UNAMA) bəyanatına istinadən məlumat yayıb.

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Yardım Missiyasının yerləşdiyi binada baş verən atışma nəticəsində bir nəfər həlak olub. Daha biri yaralanıb. BMT ofisinin verdiyi məlumata görə, hadisə ilə bağlı araşdırma başlayıb.

Samir

0