Şolts Trampı cavab zərbəsi ilə hədələdi

DÜNYA
18:40 / 03.02.2025
184

Almaniya kansleri Olaf Şolts bildirib ki, Avropa İttifaqı prezident Donald Trampın oxşar təhdidlərinə cavab olaraq ABŞ mallarına öz tariflərini tətbiq edə bilər. 

HİT.az bu barədə "European Pravda"ya istinadən xəbər verir.

Onun sözlərinə görə, bu gün həm ABŞ, həm də Avropa mal və xidmət ticarətindən faydalanır. Şolts bildirib ki, əgər gömrük siyasəti dəyişərsə, bu, hər iki tərəf üçün pis inkişaf olar.

Almaniya kansleri əmin edib ki, Aİ Trampın siyasətinə oxşar tədbirlərlə cavab vermək iqtidarındadır: "Biz bunu etməliyik və edəcəyik".

Öz növbəsində, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ABŞ və Aİ arasında potensial ticarət müharibəsinin hər iki tərəfə zərər verəcəyini və yalnız Çinə fayda verəcəyini bildirib.

Bir gün əvvəl Tramp Avropa İttifaqını ölkəyə qarşı ədalətsiz ticarət siyasətində ittiham edərək, çox yaxın gələcəkdə Avropa mallarına rüsumların tətbiq ediləcəyini açıqlayıb. ABŞ prezidenti hesab edir ki, onun ölkəsi dünyanın demək olar hər bir ölkəsi tərəfindən qarət edilib.

Samir

0