Avropa İttifaqının baş diplomatı Kaya Kallas bildirib ki, Aİ 2022-ci ilin fevralından Ukraynaya 134 milyard avro yardım ayırıb.
HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Biz artıq 134 milyard avro, o cümlədən təxminən 50 milyard avro hərbi yardım göstərmişik. Biz yardımın kəsilməsindən danışa bilmərik, onu artırmalıyıq", deyə Kallas Aİ səfirlərinin Brüsseldə keçirilən illik konfransında bildirib.
Avropa diplomatiyasının rəhbəri vurğulayıb ki, Ukrayna Aİ-nin əsas prioriteti olmalıdır.
Yanvarın 29-da Xorvatiyanın baş naziri Andrey Plenkoviç bəyan edib ki, Ukrayna öz ölkəsindən Rusiya ilə münaqişədə iştirak etmək üçün onların ordusunu tələb etmir, əksinə, hərbi və iqtisadi dəstək istəyir. Onun sözlərinə görə, bununla əlaqədar Zaqreb Kiyevə 12-ci yardım paketi ayıracaq.
Bundan bir qədər əvvəl Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak Vaşinqtonun Kiyevə maliyyə yardımını bərpa edəcəyini açıqlamışdı. Onun sözlərinə görə, Birləşmiş Ştatlar çoxlu sayda humanitar və ya digər təsir proqramlarını maliyyələşdirmədən dünyaya hakim ola bilməz.
Samir