Kanadalı deputat: ABŞ sərhədində daha çox qüvvə lazımdır, döyüşə hazır olmalıyıq

DÜNYA
12:45 / 04.02.2025
42

"Donald Trampın siyasətinə görə Kanadanın ABŞ-la sərhədində daha çox qüvvəyə ehtiyacı var. Ottava mübarizə üçün hazır olmalıdır".

HİT.az xəbər verir ki, bunu kanadalı parlamentari Çarli Anqus deyib.

Deputat Amerika silahlarının kanadalıları öldürməsinin qarşısını almaq üçün ABŞ sərhədinə daha çox maliyyə ayrılmasını istədiyini söyləyib.

"Biz kanadalılar sülhsevərik, amma kimsə suverenliyimiz təhdid ediləndə döyüşəcəyik", deyə kanadalı deputat qeyd edib.

Fevralın 3-də Tramp bildirib ki, Kanada ABŞ-a 51-ci ştat kimi qoşularsa, Vaşinqtonun ticarət tariflərindən qaça və hərbi müdafiə ala bilər.

O, ABŞ-ın Detroit, Cənubi Karolina, Tennessi və ya hər hansı başqa ştatda istehsal oluna bildiyi halda, Amerika avtomobillərinin istehsalı üçün Kanadaya ehtiyac olmadığını vurğulayıb. Trampın fikrincə, Amerikanın Kanada taxtasına və ya enerjisinə ehtiyacı yoxdur, çünki ABŞ-da hər ikisi daha çoxdur.

Samir

0