Politico: Aİ Qrenlandiyanı ABŞ-a verməyəcək

DÜNYA
14:34 / 04.02.2025
50

Avropa İttifaqı liderləri müdafiə mövzusunda keçirilən qeyri-rəsmi sammitdə Qrenlandiyanı ABŞ prezidenti Donald Trampa verməyəcəklərini açıq şəkildə bəyan ediblər. 

HİT.az xəbər verir ki, bu barədə "Politico" qəzeti yazır.

"Avropa liderlərinin bazar ertəsi günü müdafiənin gücləndirilməsinə həsr olunmuş görüşü əsasən Amerika ilə bağlı oldu. Aİ liderləri Trampın Qrenlandiyanı ələ keçirmək tələbinə boyun əyməyəcəklərini açıq şəkildə bildirdilər", deyə nəşr yazıb.

Qeyd olunur ki, NATO-nun baş katibi Mark Rutte alyansın adada mümkün qoşun yerləşdirilməsi yolu ilə təhlükəsizliyini təmin etməyi təklif edib. Onun sözləri ABŞ dövlət katibi Marko Rubionun ABŞ-ın Qrenlandiyaya nəzarət etməli olduğunu deyən bəyanatlarına cavab olub. Çünki Çinin ərazini ələ keçirmək cəhdləri ehtimal olunur.

Bundan əvvəl Danimarkanın baş naziri Mette Frederiksen adanı qorumaq üçün ABŞ-ın Qrenlandiyadakı mövcudluğunun genişləndirilməsini istisna etməmişdi.

Samir
 

0