KİV: Trampın idxal tarifləri amerikalıları prezidentə qarşı yönəldə bilər

DÜNYA
17:02 / 05.02.2025
53

Donald Trampın idxal tarifləri alıcılıq qabiliyyətini aşağı salmaqla amerikalıları prezidentə qarşı yönəldə bilər. 

HİT.az xəbər verir ki, bu barədə “The American Conservative” nəşri məlumat yayıb.

Nəşr xatırladıb ki, Trampa əhəmiyyətli dəstəyi Co Baydenin prezidentliyi dövründə yaranmış yüksək inflyasiya göstəricilərindən Amerika orta sinfinin narazılığı təmin edib. Bununla belə, Trampın yeni tədbirləri və tarifləri vəziyyəti daha da pisləşdirə, alıcılıq qabiliyyətini təxminən 1250 dollar azalda və ABŞ iqtisadiyyatını 0,2% azalda bilər.

“Əgər yeni tariflər amerikalıları ərzaq məhsulları, idman ayaqqabıları və avtomobillər üçün daha çox ödəməyə məcbur edərsə, seçicilər qiymət artımında demokratları və israfçı maliyyə xərclərini deyil, Trampı və iqtisadi millətçiliyi günahlandırmağa başlaya bilərlər”, deyə nəşr qeyd edib.

Samir

0