İsrail sevinir, ərəb ölkələri qəzəblidir - Trampın Qəzza planı necə qarşılandı?

DÜNYA
15:17 / 05.02.2025
58

ABŞ prezidenti Donald Tramp Qəzza zolağına nəzarəti ələ keçirmək və onu təhlükəli bomba və tunellərdən təmizləmək planlarını açıqlayıb. 

HİT.az xəbər verir ki, o, həmçinin iki milyon fələstinlinin Misir və İordaniya kimi qonşu ölkələrə köçürülməsini təklif edib.

Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra Qəzzanı "cəhənnəm" adlandlırıb.

İsraildə bu təşəbbüs coşğu ilə qarşılanıb. Nəqliyyat naziri Miri Regev iki liderin görüşünü “cəsur insanların görüşü” adlandırıb. Müxalifət lideri və keçmiş ordu rəhbəri Benni Qantz da Trampın təklifini dəstəkləyərək bunu “İsraillə əsl dostluğun ifadəsi” adlandırıb. Eyni zamanda, HƏMAS Trampın fikrini absurd adlandırıb.

"Biz inanırıq ki, bu planlar regionda xaos və gərginlik yaratmaq üçün reseptdir, çünki Qəzza əhalisi buna icazə verməyəcək", deyə HƏMAS-ın yüksək rütbəli rəsmisi Sami Əbu Zuhri bildirib.

Dünyanın reaksiyası qarışıqdır. Ərəb ölkələri Trampın planını kifayət qədər etirazla qarşılayıb. İordaniya fələstinli qaçqınları qəbul etməkdən qəti şəkildə imtina edib, Səudiyyə Ərəbistanı isə fələstinliləri öz torpaqlarından çıxarmaq cəhdinə qarşı olduğunu bildirib.

ABŞ-ın özündə də reaksiya bölünüb: Demokratlar təklifi sərt tənqid edib, respublikaçılar isə ümumiyyətlə təmkinli olduqlarını ifadə edərək, ərəb müttəfiqlərinin reaksiyasını gözləməyə çağırıblar.

Samir

0