"ABŞ prezidenti Donald Trampın administrasiyası ölkədə hakimiyyəti ələ keçirib".
HİT.az xəbər verir ki, bu barədə Ağ Evin keçmiş mətbuat katibi Cen Psaki MSNBC telekanalında bildirib.
Onun sözlərinə görə, nəzarət altına almaq üçün səylər göstərilməyincə, ələ keçirmə nəzarətsiz davam edəcək. Psaki buna misal olaraq Federal Təhqiqatlar Bürosunda yüksək rütbəli zabitlərin işdən çıxarılmasını göstərib. Psakinin sözlərinə görə, Tramp departamentdə görünməmiş təmizləmə həyata keçirib.
O, həmçinin biznesmen və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskı ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) hücum etdiyinə görə tənqid edib.
Bir gün əvvəl "Associated Press" xəbər vermişdi ki, Trampın islahatları və onun "Layihə 2025" (federal hökumətdə islahatlar planı) əleyhinə olanlar bütün ştatlarda etiraz aksiyaları keçirməyi planlaşdırırlar. Nəşrin məlumatına görə, hərəkat iştirakçıları bir çox ştatların paytaxtlarında və digər böyük şəhərlərdə küçələrə çıxacaqlar. Amerika liderinin siyasəti ilə razılaşmayanlar sosial şəbəkələrdə "Layihə 2025" əleyhinə təbliğat aparırlar. Xüsusilə də Trampın immiqrasiya siyasətindən narazılıqlarını bildirirlər.
Agentlik yazır ki, fevralın 2-də Kaliforniya ştatında minlərlə insan artıq Trampın kütləvi deportasiya planına qarşı etiraz aksiyasında iştirak edib.
Samir