Amerikalıların əksəriyyəti Trampın transgender hərbi qadağasını dəstəkləyir

DÜNYA
23:53 / 06.02.2025
43

Amerikalıların əksəriyyəti ABŞ prezidenti Donald Trampın transseksualların ölkə ordusunda xidmət etməsini qadağan etmək qərarını dəstəkləyib. 

HİT.az xəbər verir ki, bu, "Rasmussen Reports" sosioloji şirkətinin keçirdiyi sorğunun nəticəsidir.

Belə ki, ABŞ-da ehtimal olunan seçicilərin 54%-i Trampın özünü transseksual kimi tanıdan hərbi qulluqçuları işdən çıxarmaq əmrini bəyənir. Eyni zamanda respondentlərin 41%-i prezidentin fərmanına qarşı çıxıb. Sorğu 1325 potensial seçici arasında aparılıb.

Yanvarın 21-də ABŞ prezidenti Donald Tramp transseksualların ABŞ ordusunda xidmət etməsinə icazə verən müddəanı ləğv edən fərman imzalayıb. Daha sonra "Politico" xəbər verdi ki, administrasiyanın qərarları Amerika ordusunda xaosa səbəb olub, çünki yüksək vəzifəli Pentaqon rəsmiləri Ağ Ev rəhbərinin müxtəlifliyə dair əmrlərini yanlış şərh edib və ordu tərəfindən yeni silah müqavilələrini dondurublar. 

Nəşrin məlumatına görə, ordunun baş qərargah rəisi general-leytenant Laura Potter ordunun satınalma agentliyinin rəhbərinə müxtəliflik, inklüzivlik, bərabərlik, kritik irq nəzəriyyəsi, iqlim dəyişikliyi, abort siyasəti və transgender problemləri ilə bağlı müqavilələr üzrə təklifləri müəyyən edib dondurulmasını tövsiyə etməyi əmr edib.

Samir
 

0