Devid Lemmi: "Min il əvvəl Britaniya və Kiyev şahzadələri evləniblər"

DÜNYA
20:20 / 06.02.2025
44

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Ukraynaya səfəri zamanı Kiyev və London arasında min illik əlaqələrdən danışıb. 

HİT.az xəbər verir ki, bu barədə Ukraynanın strana.ua nəşri yazır.

"Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, ölkəsinin Ukrayna ilə tərəfdaşlığı min ildir, çünki min il bundan əvvəl Britaniya şahzadələri Kiyev şahzadələri ilə evləniblər", deyə nəşr qeyd edib.

Britaniya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova cavab verib və o zarafatla bildirib ki, Misir piramidaları tikiləndə ukraynalılar və britaniyalılar yaşayıblar, hətta bəlkə də birlikdə brontozavr ovlayıblar.

Yanvarın 16-da Ukrayna prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın baş naziri Kir Starmer iki ölkə arasında yüzillik tərəfdaşlıq haqqında saziş imzalayıblar. Sənədin məqsədlərindən biri Kiyev və London arasında müdafiə sektorunda əməkdaşlığı inkişaf etdirməkdir.

Samir

0