Türkiyə hərbi bazalarının Suriyada yerləşdirilməsi ehtimalı ilə bağlı yayılan xəbərlər doğru deyil.
HİT.az xəbər verir ki, bu barədə “TRT Haber” Türkiyə Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
"Bu cür mətbuat xəbərlərinə ehtiyatla yanaşmaq lazımdır. Bu cür məsələlərin müzakirəsi tezdir", deyə mənbə bildirib.
O əlavə edib ki, Suriyanın yeni hökumətinin müraciətləri əsasında birgə yol xəritəsinin hazırlanması əsasında Suriya ordusunun potensialının inkişafı üçün konkret addımların atılması planlaşdırılır.
Daha əvvəl "Reuters" agentliyi mənbələrə istinadən xəbər verib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya keçid hökumətinin prezidenti Əhməd əl-Şara Ankarada danışıqlar zamanı Suriyada türk hava bazalarının yaradılması imkanını müzakirə ediblər. Daha sonra Türkiyə prezident administrasiyası Suriyada hava bazaları yaratmaq planları barədə məlumatı olmadığını bəyan edib.
Samir