Çində bir qızı sırğa almaq üçün anasının 140 min dollar dəyərində zinət əşyalarını oğurlayıb və onu cəmi 8 dollara satıb.
Hit.az xəbər verir ki, bu barədə "South China Morning Post" yazır.
Qızın anası qızıl-zinət əşyalarının itdiyini aşkar edərək polisə müraciət edib. Qadının dediyinə görə, oğurlanan əşyalar arasında nefrit bilərziklər, boyunbağılar və digər qiymətli əşyalar olub. Lakin qızı onların əsl dəyərini bilməyərək saxta olduğuna qərar verib və mağazaya satıb.
“Mən ondan pulun niyə lazım olduğunu soruşdum və o, dodaqlarını pirsinq etdirən birini çox bəyəndiyini söylədi. O, özü üçün eynisini və bir neçə sırğa da almaq istəyib”, deyə çinli qadın bildirib.
Polis hadisəni tam öyrəndikdən sonra zinət əşyalarını qaytarmağa razı olan mağaza sahibi ilə əlaqə saxlayıb.
Hadisə yerli sosial şəbəkələrdə geniş rezonans doğurub. Bir çox istifadəçi anaya rəğbətini haqq versə də, bəziləri uşağı müdafiə edib.
Samir