Keçmiş ukraynalı teleaparıcı İrina Litvin-Komarovskaya öz "Facebook" hesabında İsveçdə təmizlikçi işini itirdiyini bildirib.
Hit.az xəbər verir ki, qadın üzrlü səbəb olmadan 3 həftə işdə olmadığı üçün işini itirib.
Sosial şəbəkələrdə Komarovskaya səhhətində problemlər olduğunu və xəstəlik məzuniyyəti almaqda çətinlik çəkdiyini açıqlayıb.
“Hər zaman ağladığım üçün göz yaşlarım gözümün selikli qişasını yeyib getdi. Gələn həftə həqiqətən ailə həkimi ilə görüşməyə ümid edirəm", deyə Litvin-Komarovskaya yazıb.
Razılaşdırılmış gündə ailə həkimi onunla əlaqə saxlamayıb, sonra xəstəxanadan həkiminin xəstə olduğu və qəbulun başqa vaxta təyin edildiyi barədə məlumat verilib. Həmin gün rəhbərlik keçmiş teleaparıcıya zəng edərək işdən çıxarılma sənədlərini imzalamasını istəyib. Komarovskaya qeyd edib ki, o, şirkəti günahlandırmır, çünki hamı qaydalara əməl edib.
Samir