Artıq istiləşmənin təzyiqi altında olan Qrenlandiyanın buzlaqları sürətlə ərimənin narahatedici əlamətlərini göstərməyə başlayır. Alimlər aşkar ediblər ki, buzda dərin çatlar genişlənir və bu, buz təbəqəsinin sürətlə parçalandığını göstərir. Onlar həmçinin, xüsusilə okeanların istiləşməsi səbəbindən sürətlənmiş buz axınının müşahidə olunduğu cənub-şərqdə çatların həcmində əhəmiyyətli artım qeyd ediblər.
Hit.az xəbər verir ki, araşdırma "Nature Geoscience" (NatGeo) jurnalında dərc olunub.
Elm adamları Qrenlandiyada çatların daha geniş yayılacağını gözləsələr də, ümumi artım proqnozlaşdırılandan aşağı olub, bütün buz təbəqəsi üzrə cəmi 4,3% təşkil edib. Bu, əsasən 2016-cı ildə okean sularının soyumasından sonra qalınlaşan Sermek-Kujallek buzlaqında müvəqqəti yavaşlama ilə bağlıdır.
Lakin bu soyutma effekti qısamüddətli olub və 2018-ci ildən buzlaq yenidən əriməsini sürətləndirib.
Çatların dərinləşməsi və genişlənməsi ilə buzlaqların ərimə prosesində əsas rol oynayır. Onlar ərimiş suyun buza nüfuz etməsinə imkan verir, onun okeana doğru hərəkətini daha da sürətləndirir. Bundan əlavə, çatlar dəniz səviyyəsinin qalxmasına kömək edən aysberqlərin yaranmasına səbəb olur. Genişlənən çatlar, əriyən Qrenlandiya buzlarının 2300-cü ilə qədər dəniz səviyyəsinə 10 metr artmasına səbəb ola bilər ki, bu da dünyanın sahilyanı şəhərləri üçün fəlakət deməkdir.
Alimlər dünya liderlərini qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq üçün təcili tədbirlər görməyə çağırırlar. Bu, buzlaqlar və buz təbəqələri üçün ən mənfi nəticələrin qarşısını alacaq. Təəssüf ki, 2024-cü il üçün məlumatlar artıq bu kritik həddi keçdiyini göstərir, yəni fəlakətli dəyişikliklərin qarşısını almaq üçün vaxt getdikcə qısalmaqdadır.
Samir