Niderlanddakı hakim koalisiyada ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Hert Vilders Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qərargahının Haaqadan Belçikaya köçürülməsini təklif edib.
HİT.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Beynəlxalq Cinayət Məhkəməsini Belçikaya və ya başqa yerə köçürmək olmazdımı? Mən heç vaxt başa düşmədim ki, bu qurum bizə niyə lazımdır", deyə o bildirib.
Fevralın 6-da ABŞ prezidenti Donald Tramp ABŞ, İsrail və Vaşinqtonun digər müttəfiqlərinin vətəndaşlarını tənqid və təqib etdiyinə görə Beynəlxalq Cinayət Məhkəməsinə maliyyə və viza sanksiyaları tətbiq edib. 2025-ci il yanvarın əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə order verilməsinə cavab olaraq Haaqadakı BCM rəsmilərinə sanksiya tətbiq edən qanun layihəsini qəbul edib.
Samir