İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın administrasiyası ilə nüvə sazişi ilə bağlı danışıqların davam etdirilməsini istisna edib.
HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.
“Xamenei ABŞ prezidenti Donald Trampın administrasiyası ilə danışıqların mümkünlüyünü istisna edib, keçmiş təcrübəni əsas gətirib və istənilən təhdidlərə qətiyyətlə cavab verəcəyini vəd edib”, - nəşr yazır.
Britaniya qəzetinin yazdığına görə, İranın ali lideri İrana qarşı ən sərt sanksiyaları tətbiq etməzdən əvvəl Trampın 2018-ci ildə (Birgə Hərtərəfli Fəaliyyət Planı) çıxdığı 2015-ci il nüvə sazişinə toxunub.
Bundan əvvəl bildirilmişdi ki, Tramp İranın nüvə proqramını cilovlamaq vəzifəsini həll edə bilməyəcəyi təqdirdə İsrailə bu ölkənin ərazisindəki nüvə obyektlərinə zərbələr endirməyə icazə verə bilər.
ABŞ həmçinin öyrənib ki, İranın nüvə proqramını inkişaf etdirməyə çalışan Müdafiə Tədqiqatları və İnnovasiyalar Təşkilatı Tehranın kosmik proqram obyektlərinin pərdəsi altında fəaliyyət göstərir.
Birgə Hərtərəfli Fəaliyyət Planı 14 iyul 2015-ci ildə Vyanada İran İslam Respublikası ilə Böyük Britaniya, ABŞ, Rusiya, həmçinin Fransa, Çin və Almaniyanın daxil olduğu bir qrup ölkə arasında imzalanmış sazişdir.
Sazişin əsas müddəalarına tərəflərin qarşılıqlı öhdəlikləri, o cümlədən İranın uranı 15 il ərzində 3,67%-dən çox zənginləşdirməmək və zənginləşdirilmiş uran ehtiyatlarını 300 kiloqramdan artıq olmayan səviyyədə saxlamaq öhdəliyi daxildir. Bundan əlavə, İran əlavə ağır su reaktorları tikməməyi, ağır su (130 tondan çox) toplamamağı və nüvə partlayıcı qurğu hazırlamamağı öhdəsinə götürür.
Samir