Trampın nümayəndəsini Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün variantlar hazırlayır

DÜNYA
17:17 / 10.02.2025
75

ABŞ-ın Rusiya-Ukrayna münasibətləri üzrə xüsusi nümayəndəsi Keyt Kelloq amerikalı müttəfiqlərinə bildirib ki, o, Donald Trampa təqdim etmək üçün münaqişəyə son qoymaq variantlarını hazırlayır. 

HİT.az xəbər verir ki, bu barədə “Semafor” portalı üç Qərb rəsmisinə istinadən yazır.

"Semafor" qeyd edir ki, Vaşinqtonda ABŞ administrasiyasının tezliklə plan təqdim edəcəyi ilə bağlı söz-söhbətlər var. Baxmayaraq ki, Kelloq bunun bu həftə Münhen Təhlükəsizlik Konfransında ediləcəyi ilə bağlı xəbərləri təkzib edib.

Portalın mənbələrinə görə, görüşlərin birində Kelloq hər bir NATO ölkəsinin rəsmiləri ilə görüşmək və hərəkətləri əlaqələndirmək niyyətində olduğunu bildirib.

Fevralın 8-də Tramp bildirib ki, Rusiya lideri Vladimir Putinlə telefon danışığı olub. Əsas müzakirə mövzusu Ukraynadakı vəziyyət olub. ABŞ prezidenti deyib ki, onun konkret planı var. Kremlin sözçüsü Dmitri Peskov iki ölkə liderlərinin danışıqlarını nə təsdiq, nə də təkzib edib.

Samir

0