ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın keçmiş prezidenti Con Kennedinin öldürülməsi işi ilə bağlı məxfiliyi açıqlanmayan yeni sənədlər aşkarlayıb.
HİT.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, FTB ABŞ-ın 35-ci prezidentinin qətli ilə bağlı 2400-ə yaxın sənəd tapıb. Onların heç biri bu mövzuda bütün materialları nəzərdən keçirmək və məxfilikdən çıxarmaq tapşırılan komissiyaya təqdim edilməyib.
"Axios"un məlumatına görə, FTB ümumilikdə 14 min səhifəlik məxfi sənədlər tapıb. Onların məzmunu açıqlanmır.
Yanvarın 24-də ABŞ-ın hazırkı prezidenti Donald Tramp Kennedinin qətli ilə bağlı sənədlərin məxfiliyinin açılması haqqında sərəncam imzalayıb.
Amerika KİV-lərinin məlumatına görə, 1963-cü ildə baş vermiş Con Kennedinin qətli ilə bağlı MKİ sənədlərinin 95%-i indi açıqlanıb.
Samir