İlon Mask ABŞ hökumətini sosial təminat saxtakarlığında ittiham edir

DÜNYA
22:39 / 11.02.2025
49

"Birləşmiş Ştatlarda sosial təminat fırıldaqları amerikalıların törətdiyi bütün maliyyə cinayətlərinin cəmini üstələyən böyük ölçülərə çatıb". 

HİT.az xəbər verir ki, bu barədə biznesmen və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Bu nöqtədə mən 100% əminəm ki, federal müavinətlərdə fırıldaqçılıq miqyası indiyə qədər eşitdiyiniz bütün fərdi fırıldaqçılıq hallarının ümumi məbləğini üstələyir", deyə iş adamı bildirib.

Onun sözlərinə görə, sosial təminat sektorunda qanun pozucuları qanuni tədbirlər görməyə layiqdirlər.

Samir

0