Kanada sakini bir həftə ərzində iki dəfə lotereya qazanıb.
HİT.az xəbər verir ki, bu barədə "CTV News" məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, Kvebek şəhərindən olan Silvi Bertrand yanvarın 26-da “La Poule aux oeufs d'or” televiziya şousunda iştirak edib və oradan 32 min Kanada dolları ilə çıxıb. Fevralın 2-də qadın eyni lotereya üçün bilet alıb və daha 100 min udub.
Bertrandın sözlərinə görə, o, qazandığı pulu yeni avtomobil almaq və evini təmir etmək üçün istifadə etməyi planlaşdırır.
Fevralın 5-də "CBS News" xəbər verib ki, ABŞ sakini atasının ona verdiyi lotereya biletindən 4 milyon dollar udub.
Samir