Papa Trampın immiqrasiya siyasətini tənqid etdi

DÜNYA
20:42 / 11.02.2025
53

Roma Papası Fransisk ABŞ prezidenti Donald Trampın qeyri-qanuni miqrantları deportasiya etmək planlarını pisləyib. Papa immiqrasiya əleyhinə ideologiyaya qulaq asmamağa və qaçqınlara “lazımsız əzab” verməməyə çağırıb. 

HİT xəbər verir ki, Papanın Amerika yepiskoplarına mesajı Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti tərəfindən dərc edilib.

Məktubda deyilir: “Bir çox hallarda həddindən artıq yoxsulluq, etibarsızlıq, istismar, təqib və ya pis ekoloji şərait səbəbindən vətənlərini tərk etməyə məcbur olan insanların deportasiyası bir çox kişi və qadınları, habelə bütöv ailələri təhdid edir, onların ləyaqətini və daha yaxşı yaşamaq hüququnu məhv edir”. 

Xüsusilə, pontifik miqrantların qeyri-qanuni statusunun cinayətlə müqayisəsi ilə razılaşmadığını bildirib.

Donald Trampın son prezidentlik dövründə Roma Papası da miqrasiya probleminin həllinə yanaşması barədə tənqidi fikirlər səsləndirib. Həmin vaxt cənab Tramp ABŞ-Meksika sərhədində maneələrin qoyulmasını təklif etmişdi. Papa da öz növbəsində qeyd edib ki, yaxşı xristian divar hörə bilməz. Və 2024-cü ilin sentyabrında Papa Ağ Evin yeni rəhbərini "miqrantları qovmuş" və "yad adamı qarşılamaq üçün bibliya çağırışına əməl etməyən" adlandırıb.

Samir

0