Kriminal aləmin tanınmış siması saxlanıldı - Qəfil əməliyyat

DÜNYA
19:10 / 11.02.2025
75

Rusiyalı kriminal avtoritet Marsel Həsənov saxlanılıb. 

Hit.az xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları onun evində axtarış aparıb. Axtarışdan sonra Marsel Həsənov polisə aparılıb. 

“Onun (Marsel Həsənov nəzərdə tutulur) evinə silahlı şəxslər daxil olub. Onlar özlərini Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin əməkdaşları kimi təqdim edərək evdə axtarışa başlayıb, daha sonra isə onu polisə apardılar”, - deyə hadisənin şahidləri bildirib. 

Məlumata görə, Marsel Həsənovun saxlanılması qanuni oğru statusu daşıması ilə bağlıdır. 

Rusiyada qanuni oğru statusu daşımaq cinayət məsuliyyəti yaradır. Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsinə görə kriminal iyerarxiyada yüksək statusa malik olanlar 8-15 il müddətinə azadlıqdan məhrum edilir. 

Lakin Marsel Həsənovun qanuni oğru olmadığı, sadəcə kriminal aləmdə yüksək nüfuza malik olduğu iddia edilir. 

Bəzi mənbələr onu qanuni oğru Əhməd Şalinskinin adamı olduğunu deyirlər. Bu iddialar Rusiya mediasında da yer alıb. 

Abbas 
 

0