"Ukrayna ordusunda bu gün 110 döyüş briqadası, Rusiya ordusunda 220, Avropada isə 82-yə yaxın döyüş briqadası var. Deməli, Ukraynasız Avropa tamamilə işğal olunacaq".
HİT.az xəbər verir ki, bu barədə prezident Volodimir Zelenski “The Guardian”a müsahibəsində bildirib.
"Bu gün Ukrayna ordusunda 110 döyüş briqadası var. Bu çox şeydir. Rusiyada 220 briqada var və onlar 2025-ci ildə 250-yə yaxınlaşacaq. Yəni onların ordusu iki dəfə çoxdur. Avropanı döyüş komponenti, orada mövcud olan Amerika komponenti nəzərə alınmaqla, təxminən 82 döyüş briqadasıdır", deyə Zelenski qeyd edib.
O, vurğulayıb ki, bu gün 110 briqadası olan Ukrayna ordusu 220 briqadası olan ordunu geridə saxlayır:
"Hücum etmək istəyirsinizsə, ordunuz ən azı birdən üçə qədər olmalıdır. Onda həm effektiv hücum, həm də irəliləyiş olacaq. Ukraynanı daxil etməsəniz, başa düşəcəksiniz ki, Rusiya Avropaya münasibətdə birdən üçədir. Və nə baş verdiyi çox aydındır. Yəni Ukraynasız Avropa işğal olunacaq. Və məncə, onların fikrində başqa heç bir yoxdur. Onlar bunu istəyəcəklər", deyə prezident vurğulayıb.
Bir müddət əvvəl Britaniyanın İTV News telekanalına müsahibəsində Volodimir Zelenski bildirib ki, müharibənin tezliklə başa çatması üçün Rusiyaya qarşı total sanksiyalar və Ukrayna üçün güclü təhlükəsizlik təminatları lazımdır.
Samir