"Rusiya prezidenti Vladimir Putin dəfələrlə Ukrayna ilə münaqişənin həlli üçün danışıqlara hazır olduğunu bildirib və bu mövqe dəyişməyib".
HİT.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya liderinin sülhün əldə olunmasında maraqlı olmaması ilə bağlı bəyanatını belə şərh edib.
"Prezident Putin dəfələrlə bəyan edib ki, o və Rusiya Federasiyası sülh danışıqlarına açıqdır" deyən Kremlin sözçüsü jurnalistlərə bildirib ki, "Rusiyanın mövqeyi tamamilə şəffafdır, ardıcıldır və dünyada yaxşı məlumdur".
Dmitri Peskov deyib ki, Ukrayna prezidenti səlahiyyət müddəti başa çatdığı üçün sülh danışıqlarında iştirak etməməlidir. Vladimir Putin qeyd edib ki, Zelenskinin “qeyri-legitimliyinə görə” sülh müqaviləsi imzalamaq hüququ yoxdur, baxmayaraq ki, Rusiya “hər kəslə” danışıqlara hazırdır. Bu arada ABŞ prezidenti Donald Tramp münaqişənin həllində “böyük irəliləyiş” olduğunu bəyan edib.
Samir