Amerikalılar ən az sevdiyi prezidentin adını çəkdi

DÜNYA
21:57 / 12.02.2025
46

ABŞ-ın keçmiş prezidenti Co Bayden ölkə sakinləri arasında ən sevilməyən yaşayan Amerika lideri olub. 

HİT.az xəbər verir ki, bunu "Gallup" sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Sorğunun nəticələrinə görə, amerikalıların təxminən 57%-i Co Baydenə mənfi münasibət bildirib. Respondentlərin daha 39%-i Ağ Evin keçmiş rəhbəri haqqında müsbət danışıb, 4%-i cavab verməkdə çətinlik çəkib.

Eyni zamanda, sorğunun göstərdiyi kimi, iştirakçıların 59%-i ABŞ-ın keçmiş prezidenti, Baydenin Demokratlar Partiyasındakı müttəfiqi Barak Obama haqqında müsbət fikirlər səsləndirib. O, amerikalıların 36%-dən mənfi qiymət alıb.

Populyarlığa görə ikinci yerdə 52% müsbət, 34% mənfi rəylə respublikaçı Corc Buş olub. İlk üçlüyü Bill Klinton tamamlayıb. Keçmiş prezidentin reytinqi 48% olub, respondentlərin 41%-i mənfi rəy bildirib.

Samir
 

0