"İosif Stalinin doğulduğu Gürcüstan hazırda Stalinləşmə kimi xarakterizə edilə biləcək proseslərlə üzləşir".
HİT.az xəbər verir ki, bu fikri Litvanın Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Qabrielius Landsberqis Gürcüstanın “İnterpressNews” nəşrinə müsahibəsində deyib.
O, mitinqlərin keçirilməsi ilə bağlı qanunların sərtləşdirilməsinə münasibət bildirib: "Bu il biz ölkənin Stalinləşməsinin şahidi oluruq. İnsanlar vətəndaş hüquqlarından məhrum edilirlər".
Landsberqis həmçinin “Gürcü Arzusu” partiyasını təmsil edən hazırkı Gürcüstan rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Fevralın 11-də Gürcüstan parlamentinin hüquq məsələləri komitəsinin sədri Arçil Qorduladze bəyan edib ki, ölkə hakimiyyəti müxalifətin onların nəticələrini tanımaması səbəbindən Avropa Şurasının yeni parlament seçkilərinin keçirilməsi ilə bağlı çağırışını yerinə yetirməkdən imtina edib. O, avropalı siyasətçilərə öz vətəndaşlarına da oxşar tələblər qoymağı tövsiyə edib.
Yanvarın sonunda Gürcüstan Avropa Şurası Parlament Assambleyasında respublikanın hakimiyyət orqanlarını yeni parlament seçkiləri keçirməyə çağıran qətnamənin qəbulu ilə əlaqədar fəaliyyətini dayandırıb. Baş nazir İrakli Kobaxidze bu tələbləri təhqiramiz adlandırıb, lakin onlara baxılacağı təqdirdə AŞPA-ya qayıtmasına icazə verib.
Samir