Keçmiş müşaviri Trampı tənqid etdi: "Şəxsi mənfəət güdür"

DÜNYA
19:15 / 12.02.2025
53

ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton Donald Trampın Ukrayna ilə bağlı siyasətinin effektivliyini şübhə altına alıb.

HİT.az xəbər verir ki, o, bu barədə "Frankfurter Allgemeine Zeitung" (FAZ) qəzetinə müsahibəsində bildirib. 

Bolton qeyd edib  ki, Amerika lideri öz hərəkətləri ilə şəxsi mənfəət güdür:

"O, həmişə sövdələşmələrə və şəxsən onun üçün faydalı olan instinktlərinə əməl edir. Trampın ətrafında xaos var, çünki onun düşüncəsi xaotikdir"

Onun sözlərinə görə, Trampın tariflər, NATO və ya Ukrayna ilə bağlı heç bir fəlsəfəsi yoxdur. Eyni zamanda o, qeyd edib ki, hazırda Moskva ilə Kiyev arasında münaqişəyə son qoyulması ilə bağlı pərdəarxası müzakirələr gedir.

Bundan əvvəl Almaniyanın ABŞ və Böyük Britaniyadakı keçmiş səfiri, Münhen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşinqer “Politico” nəşrinə yazdığı məqalədə qeyd edib ki, Qərb ölkələri Ukraynada sülhün bərqərar olması üçün uzun və son dərəcə çətin prosesə hazırlaşmalıdırlar. Ekspert bildirib ki, o, dünyanın Moskva ilə Kiyev arasındakı münaqişənin Rusiya və ABŞ arasında birbaşa danışıqlar yolu ilə həftələr ərzində yekunlaşacaq münaqişənin həlli yolunda getdiyi nöqteyi-nəzərindən şübhələnir.

Samir
 

0